...

Avro 2016-nın loqosu təqdim edilib

İdman Materials 26 İyun 2013 23:19 (UTC +04:00)
Bu gün Fransanın paytaxtı Paris şəhərində 2016-cı ildə təşkil olunacaq Avropa çempionatının loqosunun rəsmi təqdimetmə mərasimi keçirilib.
Avro 2016-nın loqosu təqdim edilib

Azərbaycan, Bakı, 26 iyun /Trend/

Bu gün Fransanın paytaxtı Paris şəhərində 2016-cı ildə təşkil olunacaq Avropa çempionatının loqosunun rəsmi təqdimetmə mərasimi keçirilib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə təşkilatçı qurumun dəvətinə əsasən, ARDNŞ-nin Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak ediblər.

Qeyd edək ki, ARDNŞ bu çempionatın, o cümlədən Avro-2016-nın seçmə mərhələsinin sponsorlarından biridir.

Xəbər lenti

Xəbər lenti