...

“Yuventus” Diamantini heyətinə qatmaq niyyətindədir

İdman Materials 12 İyul 2013 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Tanrıverdiyev/

İtaliyanın "Baloniya" klubunun hücumçusu Alessandro Diamanti "Yuventus"un maraq dairəsinə düşüb. Bu barədə Trend "mediaset" saytına istinadən məlumat yayıb.

Turin klubu İtaliya millisinin 30 yaşlı oyunçusuna bu yaxınlarda 8 milyon avro müqabilində İngiltərənin "Sanderland" klubuna keçən Emanuel Giaccherininin əvəzləyicisi kimi baxır.

Məlumatda bildirilir ki, Diamantinin transfer məbləğini azaltmaq üçün "Yuventus" müdafiəçilər Paolo de Çelie və Frederik Sorenseni də bu razılığa daxil etməyə hazırdır.

Xatırladaq ki, hər iki oyunçu ötən mövsüm icarə əsasında "Baloniya" klubunda keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti