...

Azərbaycan güləşçiləri İspaniyada 12 medal qazanıblar

İdman Materials 15 İyul 2013 02:23 (UTC +04:00)
İyulun 13-də İspaniyanın paytaxtı Madrid şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında İspaniya Qran-prisi beynəlxalq turniri keçirilib.
Azərbaycan güləşçiləri İspaniyada 12 medal qazanıblar

Azərbaycan, Bakı, 15 iyul /Trend/

İyulun 13-də İspaniyanın paytaxtı Madrid şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında İspaniya Qran-prisi beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız iştirak edib. Güləşçilərimiz ümumilikdə 7 qızıl və 5 gümüş medal qazanıb.

Yunan-Roma güləşi yarışlarında komandamız 4 qızıl və 2 gümüş medal qazanıb. Rövşən Bayramov (55 kq), Orxan Əhmədov (60 kq), Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) finalda öz həmyerlilərinə uduzaraq gümüş medala sahib olub.

Sərbəst güləş yarışlarında güləşçilərimiz 3 qızıl və 3 gümüş medal qazanıb. Ruslan Dibirhacıyev (66 kq), Xetaq Qazyumov (96 kq) və Aslan Dzebişov (120 kq) bütün rəqiblərindən üstün olaraq çempion olublar. Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq) və Şərif Şərifov (96 kq) gümüş medalla kifayətlənib.

Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında ikinci pillədə qərarlaşıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.

Xəbər lenti

Xəbər lenti