Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının VI turuna start verilib.
Trend-in məlumatına görə, ilk oyun günündə "Neftçi" "İnter"i qəbul edib.
Bakı derbisində ilk qol 15-ci dəqiqədə Araz Abdullayevdən gəlib. 7 dəqiqə sonra "bankirlər" ikinci dəfə məyus olublar. Birinci hissənin sonlarında isə "neftçilər" hesabı 3:0-a çatdırıblar.
68-ci dəqiqədə Vaqif Cavadov qollardan birinin əvəzini çıxa bilib.
83-cü dəqiqədə "İnter"dən Abdulla Abetsiyev, 84-cü dəqiqədə isə "Neftçi"dən Bertuççi qırmızı vərəqə alıblar.
Beləliklə, "Neftçi" 6 oyundan sonra 13 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Qeyd edək ki, turun digər oyunları sentyabrın 13, 14 və 15-də keçiriləcək.