...

"Kəpəz"in Gəncədə oynamaq istəyi yenə də təxirə düşdü

İdman Materials 19 Sentyabr 2013 20:43 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqası 1-ci divizionda 2-ci turun oyun proqramını açıqlayarkən komandanın "Neftçala" ilə ev oyununun yeri Gəncə göstərilsə də, sonradan qurum dəyişiklik etməyə məcbur olub. Buna səbəb yerli stadionun hələ də tam hazır vəziyyətə gətirilməməsidir.
"Kəpəz"in Gəncədə oynamaq istəyi yenə də təxirə düşdü

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"Kəpəz"in Gəncədə oynamaq istəyi yenidən təxirə düşüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqası 1-ci divizionda 2-ci turun oyun proqramını açıqlayarkən komandanın "Neftçala" ilə ev oyununun yeri Gəncə göstərilsə də, sonradan qurum dəyişiklik etməyə məcbur olub. Buna səbəb yerli stadionun hələ də tam hazır vəziyyətə gətirilməməsidir.

Meydançanın durumu stadionda futbol oynamaq üçün əlverişli deyil. Bu üzdən gəncəlilər rəqibini doğma meydanda yerli azarkeşlər qarşısında yox, Gəncədən kənarda qəbul etmək məcburiyyətində qalıblar. Qarşıdakı matç Tovuzda baş tutacaq.

Xatıqladaq ki, ötən mövsümün yarısını da komanda eyni səbəbdən Bakıda keçirərək rəqiblərini "Dalğa Arena"da qəbul etmişdi. "Kəpəz"i evinə qaytarmaq üçün cari mövsümün əvvəlindən klub rəhbərliyi qısa bir vaxtda həlli nəzərdə tutulan problemləri aradan qaldırmağa çalışsa da, işin öhdəsindən tam gələ bilməyib. Çatışmazlıqları yoluna qoymaq mümkün olmadığından PFL komandanın Nizami yurdunda çıxış etməsinə hələlik icazə verməyib.

"Kəpəz"in prezidenti Mehman Allahverdiyev bildirib: "Meydançamız həddindən artıq pis vəziyyətdə idi. Yaşılıq az idi. Senyabrın 2-dən meydança sulanır, qulluq olunur. Çalışırıq ki, qarşıdakı oyunları evdə keçirək".

Ev oyununu Gəncədə keçirə bilməyən komanda artıq bir neçə müddətdir ki, məşqlərini doğma meydandan kənarda edir. "Kəpəz" Samuxun Aşağı Ağasıbəyli kəndində hazırlıq prosesi keçir. Futbolçuların və məşqçilər korpusunun bunun üçün gün ərzində uzun məsafə qət etməsinə və əlavə yorğunluğa baxmayaraq, düşərgədə əhval-ruhiyyə yaxşıdır. İlk turda son çempion "Ağsu" üzərində qazanılan qələbə komandaya güc verməklə motivasiyanı artırıb. Gəncəlilər "Neftçala" ilə oyunda da 3 xala ümid edirlər.

"Kəpəz"in baş məşqçisi Vidadi Rzayev deyib: "Komanda yalnız qələbəyə köklənib. Kim istəyər ki, məğlubiyyət olsun? Futbolçularımız qoyulan tapşırığın öhdəsindən gəlməyə qadirdirlər".

Qeyd edək ki, "Kəpəz" - "Neftçala" oyunu sabah Tovuz şəhər stadionunda keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti