Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Bu gün Azərbaycan Premyer Liqasında VIII turun son oyunları keçirilir.
Trend-in məlumatına görə, "Simurq" doğma meydanda "Qəbələ"ni qəbul edib. Oyunun ilk hissəsi qolsuz bərabərə qalıb.
35-ci dəqiqədə zaqatalılardan İlkin Qırtımov qırmızı vərəqə ilə cəzalandırılıb.
İkinci hissədə də hesab dəyişməz qalıb - 0:0.
Beləliklə, 8 oyundan 16 xal toplayan "Qəbələ" turnir cədvəlində şəriksiz liderliyini davam etdirir.
Turun digər oyunlarında qeydə alınmış nəticələr:
28 sentyabr
"Neftçi" - "Qarabağ" - 0:0
"Bakı" - "Sumqayıt" - 1:0
27 sentyabr
"Xəzər Lənkəran" - "İnter" - 0:1