...

AFFA-dan "Sumqayıt"a 8 min manat cərimə

İdman Materials 1 Oktyabr 2013 15:41 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AFFA-dan "Sumqayıt"a 8 min manat cərimə

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda bir sıra qərarlar qəbul olunub.

Sentyabrın 27-də Premyer Liqanın VIII turunun "Xəzər Lənkəran" - "İnter" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Sentyabr 28-də "Bakı" - "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyundan sonra "Sumqayıt" klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Oyundan sonra baş tutan mətbuat konfransında "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə edilib.

Premyer Liqanın VIII turunun "Neftçi" - "Qarabağ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 57-ci dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat, 10 və 59-cu dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Sentyabrın 29-da Premyer Liqanın VIII turunun "Simurq" - "Qəbələ" matçının 36-cı dəqiqəsində "Simurq" klubunun 2 №-li futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə birbaşa birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti