...

Rövnəq Abdullayev millinin oyunçularını təbrik etdi

İdman Materials 12 Oktyabr 2013 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

AFFA prezidenti Rövnəq Abdullayev "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gələn millimizin futbolçularını təbrik edib.

Trend-in məlumatına görə, R.Abdullayev oyundan sonra millimizin üzvləri ilə görüşərək qələbə münasibətilə onları təbrik edib, komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, seçmə mərhələdə son matçını oktyabrın 15-də Bakıda Rusiyaya qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti