...

DİN Azərbaycan və Rusiya arasında keçiriləcək qarşılaşma ilə bağlı futbol azarkeşlərinə müraciət etdi

İdman Materials 15 Oktyabr 2013 16:09 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Rusiya yığması ilə keçiriləcək oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
DİN Azərbaycan və Rusiya arasında keçiriləcək qarşılaşma ilə bağlı futbol azarkeşlərinə müraciət etdi

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə 2014-cü il Dünya Çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının Rusiya yığması ilə keçiriləcək oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, DİN bu gün Azərbaycan-Rusiya qarşılaşmasında azərbaycanlı futbol azarkeşlərini təmkinli olmağa, qayda-qanunlara hörmətlə yanaşmağa çağırır, kənardan təxribat xarakterli çağırışlara uymamağı tövsiyə edir.

E.Zahidov əmin edir ki, oyunda Azərbaycan və Rusiya komandalarının azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq və baş verə biləcək təxribatın qarşısı qətiyyətlə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti