...

AFFA-nın baş katibi 2020-ci il Avropa çempionatına həsr olunmuş ilk tanıtım seminarında iştirak edir

İdman Materials 17 Oktyabr 2013 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına həsr olunmuş ilk tanıtım seminarı öz işinə başlayıb.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Avro-2020-nin oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürmüş bütün şəhərlərin nümayəndələrinin qatıldığı tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və İşçi Qrupun üzvləri iştirak edir.

Seminar sabah - oktyabrın 18-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti