...

Bakı derbisində "İnter" qalib oldu

İdman Materials 2 Noyabr 2013 18:58 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunları keçirilir.
Bakı derbisində "İnter" qalib oldu

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunları keçirilir.

Trend-in məlumatına görə, Bakının "İnter" klubu paytaxtın digər komandası "Rəvanı" qəbul edib. İlk qol meydan sahiblərindən gəlib - 5-ci dəqiqədə Baçana Sxadadze fərqlənib. 6 dəqiqə sonra Vaqif Cavadov fərqi iki topa çatdırıb.

15-ci dəqiqədə qonaqlar Ramazan Abbasovun qolu ilə ümidləniblər. Lakin 82-ci dəqiqədə Brüs Abdulaye hesabı yenidən artırıb.

"Rəvan" futbolçularının gücü yalnız təsəlli qoluna çatıb - Miloş Adamoviç, 90 - 3:1.

Xəbər lenti

Xəbər lenti