...

Sürət geri qayıtdı: Bakı FİA GT seriyasinin 2013-cü il final mərhələsinə ev sahibliyi edir

İdman Materials 4 Noyabr 2013 11:46 (UTC +04:00)
"Baku World Challenge 2013" yarışması noyabrın 23-24-də keçiriləcək və FİA-nın bu il üçün ən vacib tədbiri olacaqdır.
Sürət geri qayıtdı: Bakı FİA GT seriyasinin 2013-cü il final mərhələsinə ev sahibliyi edir

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

"Baku World Challenge 2013" yarışması noyabrın 23-24-də keçiriləcək və FİA-nın bu il üçün ən vacib tədbiri olacaqdır.

Trend-in məlumatına görə, motor yarışları GT3-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin Tarixi Formula 1 yarışının 15 avtomobili ilə təşkil olunub.

Möhtəşəm GT3 avtomobilləri Xəzər dənizi boyunca uzanan və Milli Bayrağın ətrafında dövrə yaradan, yeni təmir olunmuş 4 km uzunluğunda yolda - yarış dairəsində düzüləcəklər.

Tədbirin əsas təşkilatçısı Aztexnika Ltd. MMC sürücüləri daha da həyəcanlandıracaq geniş və surətli döngəli yolları olan texniki yarış dairəsi söz verir.

Yarış sonunda təltif ediləcək hədiyyələrin dəyəri, yarış dairəsinin çətinlik səviyyəsi və Baku World Challenge-in çempionatda yeri bu yarışın həqiqətən xüsusi olacağını və Bakının dünya tamaşaçılarının diqqət mərkəzində olacağını göstərir.

Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənın kanallarında göstəriləcək.

Yerli əhalini tədbir haqqında xəbərdar etmək üçün "Baku World Challenge" noyabrın 22-si, cümə günü, həftə sonunun maraqlı keçəcəyindən xəbər verən Şəhər paradı keçirəcək.

"Baku World Challenge 2013" yarışması Bakının və Azərbaycanın dinamik, müasir və cəlbedici xüsusiyyətlərini göstərərək dünyaya tanıtmağın ən yaxşı yoludur.

Biletlər artıq şəhərin əsas kassalarında, Kempinski Hotel Badamdarda və Qafqaz Baku City Hotel-də satılır.

Ətraflı məlumatları www.bakuworldchallenge.com və Facebook/bakuworldchallenge-dən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti