...

"bp" Azərbaycanda Paralimpiya hərəkatına dəstəyini davam etdirir

İdman Materials 19 Dekabr 2013 17:16 (UTC +04:00)
Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə tərəfdaşlıq çərçivəsində "bp" şirkəti Azərbaycanda keçirilən Uşaqların Paralimpiya Festivalına dəstək verir. Bu tədbir Birləşmiş Millətlər Təşkilatının 3 dekabr tarixində keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunub.
"bp" Azərbaycanda Paralimpiya hərəkatına dəstəyini davam etdirir

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə tərəfdaşlıq çərçivəsində "bp" şirkəti Azərbaycanda keçirilən Uşaqların Paralimpiya Festivalına dəstək verir. Bu tədbir Birləşmiş Millətlər Təşkilatının 3 dekabr tarixində keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunub.

Festival MPK tərəfindən Azərbaycanın müxtəlif regionlarını əhatə edən Paralimpiya yarışları və oyunları kimi planlaşdırılıb. "bp" şirkəti MPK-nın tərəfdaşı kimi Festivalın Ağsu və Kürdəmir rayonlarında keçirilən tədbirlərində iştirak edib, həmçinin 19 dekabr tarixində Sumqayıt şəhərindəki Paralimpiya Kompleksində keçirilən final oyunlarına da dəstək verib. bp-nin xüsusi nümayəndələri kimi seçilmiş idmançılar uşaqlarla görüşmək və onları ruhlandırmaq məqsədilə bütün tədbirlərdə iştirak ediblər.

Festivalın məqsədi Milli Paralimpiya Hərəkatının inkişafını dəstəkləmək və Paralimpiya dəyərlərini - ilham, cəsarət, bərabərlik və əzmkarlıq - yaymaqdır.

Festivalda iştirak edən uşaqlara dəstək olmaq üçün Sumqayıtdakı yekun tədbirə qatılan "bp" şirkətinin Ünsiyyət, Xarici Əlaqələr və Təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov deyib: "bp" şirkəti bu həyəcandolu tədbirin bir hissəsi olmaqdan məmnunluq duyur. Ümid edirik ki, bu tədbir gənc və istedadlı əlil uşaqları Azərbaycan Paralimpiya Hərəkatının iştirakçıları kimi öz potensiallarını idman sahəsində inkişaf etdirməyə və reallaşdırmağa ruhlandıracaq. Cəsarət Paralimpiya Hərəkatının və bp-nin ortaq dəyəridir. İnanırıq ki, çətinliklərin öhdəsindən gəlmək üçün cəsarət və əzmkarlıq olarsa, istənilən hədəfə nail olmaq mümkündür. Biz Azərbaycanın İlham Zəkiyev, Afaq Sultanova, Oloxan Musayev və Oleq Panyutin kimi bir sıra yüksək nailiyyətlərə malik Paralimpiya idmançıları ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Biz gələcəkdə də Paralimpiya Oyunlarında bir sıra gənc istedadlı idmançıların ölkəmizi təmsil edəcəyinə inanırıq".

"bp" şirkəti 2012-ci ilin yanvar ayında Azərbaycanın Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq sazişi imzalayıb və bu sazişin müddəti bu il 2016-cı ilin sonuna qədər uzadılıb. Müddəti uzadılmış bu tərəfdaşlıq çərçivəsində "bp" şirkəti Azərbaycanda uşaqların Paralimpiya Hərəkatının inkişaf etdirilməsi və genişləndirilməsinə dair Azərbaycan Milli Paralimpiya Komitəsinin 2013-2016-cı illər üzrə strateji planının icrasına dəstək olmaq öhdəliyi götürüb. Bu plana yeni Paralimpiya idman növləri üzrə idmançıların yetişdirilməsi və ölkədə Paralimpiya idman növlərinin təşviq edilməsi daxildir.

Bundan əlavə, "bp" şirkəti Paralimpiya idmançılarının milli və beynəlxalq yarışlarda iştirak edə bilmələri üçün onlara 14 əlil arabası bağışlayıb, eləcə də Azərbaycan Milli Paralimpiya Komitəsinə "Ford" markalı mikroavtobus hədiyyə edib. Bu mikroavtobusdan idmançıların, məşqçilərin və rəsmi şəxslərin rayonları və kəndləri gəzərək idman sahəsində yüksək potensiala malik əlil uşaqları müəyyənləşdirib seçmələri üçün istifadə olunacaq və beləliklə də Azərbaycanda istedadlı Paralimpiya idmançılarının sayının artırılmasına dəstək veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti