...

Mixael Şumaxerin vəziyyəti stabil çox ağır olaraq qalır

İdman Materials 6 Yanvar 2014 20:13 (UTC +04:00)
Mixael Şumaxerin - vəziyyəti əvvəlki kimi stabildir, lakin kritikdir.
Mixael Şumaxerin vəziyyəti stabil çox ağır olaraq qalır

Azərbaycan, Bakı, 6 yanvar /Trend/

Mixael Şumaxerin - vəziyyəti əvvəlki kimi stabildir, lakin kritikdir. Trend Fransa KİV-lərinə istinadən bu barədə yeddiqat dünya çempionunun meneceri Sabina Kim xəbər verir.

Şumaxer Fransanın Alp dağlarında dağ xizək sürərək dekabrın 29-da ağır kəllə-beyin travması alıb. O, Qrenobl şəhərindəki xəstəxanada artıq iki əməliyyat keçirib və bir həftə süni koma vəziyyətindədir, İTAR-TASS agentliyi xəbər verir.

"Şumaxerin kliniki vəziyyəti sabit sayılır və tibb işçiləri tərəfindən daim nəzarət altında saxlanılır, - Kim deyib. Eyni zamanda həkimlər deyirlər ki, Mixaelin vəziyyəti kritik olaraq qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti