...

Azərbaycanın qadınlardan ibarət voleybol millisi AÇ-yə vəsiqə uğrunda yarışacaq

İdman Materials 9 Yanvar 2014 11:01 (UTC +04:00)
Bir neçə gün əvvəl Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi daha bir mötəbər turnirdə iştirak edəcək.
Azərbaycanın qadınlardan ibarət voleybol millisi AÇ-yə vəsiqə uğrunda yarışacaq

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bir neçə gün əvvəl Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi daha bir mötəbər turnirdə iştirak edəcək.

Trend Azərbaycan Voleybol Federasiyasının saytına istinadən xəbər verir ki, komandamız bu dəfə 2015-ci il Avropa Çempionatına vəsiqə uğrunda yarışacaq.

D qrupunda mübarizə aparacaq Faiq Qarayevin yetirmələrinin qrup rəqibləri Bolqarıstan, Yunanıstan və Portuqaliyadır. Birinciliyin təsnifatının ilk mərhələsi 22-24 may tarixlərində Bolqarıstanda baş tutacaq. İkinci mərhələ isə Azərbaycanda keçiriləcək. Bakıdakı yarış mayın 30-dan iyunun 1-dək davam edəcək.

Qeyd edək ki, qrup qalibləri qitə birinciliyinə birbaşa yollanacaqlar. İkinci yerin sahibləri isə final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə qarşılaşacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti