...

"Bakı" və "İnter" III divizion təmsilçilərinə məğlub oldular

İdman Materials 16 Yanvar 2014 00:37 (UTC +04:00)
İspaniyada təlim-məşq toplanışında olan "Bakı" klubu növbəti yoxlama oyununu keçirib.
"Bakı" və "İnter" III divizion təmsilçilərinə məğlub oldular

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

İspaniyada təlim-məşq toplanışında olan "Bakı" klubu növbəti yoxlama oyununu keçirib.

Trend-in məlumatına görə, paytaxt təmsilçisi İspaniya çempionatının III divizion (Segunda B) təmsilçisi "Real Balompedika Linense" klubu ilə qarşılaşıb. Oyun ispanların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Bakı" bundan əvvəl Albaniyanın "Laçi" klubunu 4:0 hesabı ilə məğlub etmişdi.

Türkiyənin Antalya şəhərində cari mövsümə hazırlaşan "İnter" klubu da bu gün ikinci yoxlama oyununa çıxıb. Almaniyanın 3-cü liqa təmsilçisi "Holşteyn Kil" klubu ilə qarşılaşan "bankirlər" 0:3 hesablı məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, "İnter" Antalyada ilk yoxlama görüşündə Niderlandın həvəskarlar liqasında mübarizə aparan "Asten" klubunu darmadağın etmişdi - 8:0.

Xəbər lenti

Xəbər lenti