...

"Şumaxer əvvəlki Şumaxer olmayacaq"

İdman Materials 18 Yanvar 2014 21:07 (UTC +04:00)
Londonda Homerton Xəstəxanasının nevroloqu Riçard Qrinvud hələ də komada olan "Formula 1" əfsanəsi Mixael Şumaxerin ayıldıqdan sonra əvvəlki kimi ola bilməyəcəyini bildirib.
"Şumaxer əvvəlki Şumaxer olmayacaq"

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Londonda Homerton Xəstəxanasının nevroloqu Riçard Qrinvud hələ də komada olan "Formula 1" əfsanəsi Mixael Şumaxerin ayıldıqdan sonra əvvəlki kimi ola bilməyəcəyini bildirib.

Trend "Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, aldığı beyin travmasının fəsadlarının çox böyük olacağını deyən həkim qeyd edib: "Şumaxer əvvəlki Şumaxer olmayacaq. Onu sevənlər buna hazır olmalıdır".

Qeyd edək ki, ötən il dekabrın 29-da Fransanın Meribel şəhərində xizəklə sürüşən M.Şumaxer yıxılaraq ağır kəllə beyin travması almışdı. Alman pilot 45 yaşını Qrenobldakı hospitalda komada "qeyd etmişdi".

Xəbər lenti

Xəbər lenti