Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Mövsümün ikinci yarısı üçün hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən "Neftçi" klubu heyətinə yeni futbolçu cəlb edib.
Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" Rusiyanın "Lokomotiv" klubunun yetirməsi olan Samir Məsimovla 3 il yarım müddətinə rəsmi müqavilə bağlayıb.
2010/2011-ci illər mövsümünü Moskva "Spartak"ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığmasının da üzvüdür. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.
“Neftçi” "qış bazarlığı"nda ilk transferini rəsmiləşdirdi
Mövsümün ikinci yarısı üçün hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.
