...

Çingiz Hüseynzadə: Soçidə ən güclü nəticəni fiqurlu konkisürmə idman növündən gözləyirik

İdman Materials 4 Fevral 2014 16:03 (UTC +04:00)
2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya Oyunlarında Azərbaycan ən güclü nəticəni fiqurlu konkisürmə idman növündən gözləyir.
Çingiz Hüseynzadə: Soçidə ən güclü nəticəni fiqurlu konkisürmə idman növündən gözləyirik

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya Oyunlarında ən güclü nəticəni fiqurlu konkisürmə idman növündən gözləyir. Bu barədə Trend-ə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə qeyd edib ki, Azərbaycanı təmsil edəcək idmançılar hazırda Soçidədirlər və yarışlara yaxşı hazırlaşırlar: "Bu elə idman növləridir ki, nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmaz. Hər halda biz ən güclü nəticəni fiqurlu konkisürmə idman növündən gözləyirik. Çalışacağıq ki, idmançılarımız ilk 12-liyə düşsünlər".

MOK-un vitse-prezidenti əlavə edib ki, Soçi olimpiadası Azərbaycanda qış idman növlərinin inkişafına müsbət təsir edəcək: "Ümumiyyətlə, Azərbaycanda qış idman növlərinin inkişafı yeni başlayıb, yeni bazalar tikilib. Bundan sonra əlbəttə ki, müsbət nəticələr gözləyirik".

Qeyd edək ki, olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti