...

“Rəvan”ın qeyri-etik jest göstərən qapıçısı 3 oyunluq cəzalandırıldı

İdman Materials 25 Fevral 2014 13:31 (UTC +04:00)
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
“Rəvan”ın qeyri-etik jest göstərən qapıçısı 3 oyunluq cəzalandırıldı

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in PFL-in rəsmi saytına istinadən yaydığı məlumata görə, İK Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı aşağıdakı qərarlar verilib.

Premyer Liqanın XXIII turunun AZAL - "Xəzər Lənkəran" matçının 90+1-ci dəqiqəsində AZAL klubunun futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XXIII turunun "Qəbələ" - "Rəvan" matçında "Qəbələ" klubunun 4, "Rəvan" klubunun 7 futbolçusu sarı vərəqə cəzalandığı üçün hər iki klub 1000 manat cərimələnib.

Oyunun 74-cü dəqiqəsində "Rəvan" klubunun futbolçusu Lukas Sapela qeyri-etik jest göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti