...

Azərbaycan idmançısı ilin ən yaxşı güləşçisi seçilib

İdman Materials 27 Mart 2014 17:15 (UTC +04:00)
Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.
Azərbaycan idmançısı ilin ən yaxşı güləşçisi seçilib

Azərbaycan, Bakı, 27 mart /Trend/

Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb.

Qeyd edək ki, FILA idmançıları il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə qiymətləndirir.

Yarışın adı

1-ci yer

2-ci yer

3-cü yer

5-ci yer

7-ci yer

8-ci yer

Olimpiya Oyunları

14

12

10

8

6

5

Dünya çempionatı

11

10

9

7

5

4

Qızıl Qran Pri turnirinin final mərhələsi

6

5

4

2

-

-

Qitə çempionatları

6

5

4

2

-

-

Məqalədə:
Xəbər lenti

Xəbər lenti