...

"Qəbələ" doğma meydanda xal itirdi, "Bakı" "Xəzər Lənkəran"ı məğlub edə bilmədi

İdman Materials 12 Aprel 2014 16:59 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarına start verilib.
"Qəbələ" doğma meydanda xal itirdi, "Bakı" "Xəzər Lənkəran"ı məğlub edə bilmədi

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda AZAL-ı qəbul edib. Oyun başladığı kimi də son çatıb - 0:0.

Bakıda paytaxtın eyniadlı komandası "Xəzər Lənkəran"la qarşılaşıb. Artıq birinci hissənin tamamında cənub təmsilçiləri rəqib qapısından 2 top keçiriblər. 48-ci dəqiqədə Əfran İsmayılov penalti zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb, 63-cü dəqiqədə isə dubla imza atıb - 2:2.

"Simurq" səfərdə "Sumqayıt"ın qonağı olub. 69-cu dəqiqədə Draqan Çeran zaqatalalıları hesabda önə keçirib. İki dəqiqə sonra Rəhman Hacıyev hesaba tarazlıq gətirib - 1:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti