...

"Sevilya" Avropa Liqasının qalibi oldu

İdman Materials 15 May 2014 02:34 (UTC +04:00)
İtaliyanın Turin şəhərində keçirilən UEFA Avropa Liqasının final oyununda İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları qarşılaşıblar.
"Sevilya" Avropa Liqasının qalibi oldu

Azərbaycan, Bakı, 15 may /Trend/

İtaliyanın Turin şəhərində keçirilən UEFA Avropa Liqasının final oyununda İspaniyanın "Sevilya" və Portuqaliyanın "Benfika" klubları qarşılaşıblar.

Trend-in məlumatına görə, oyunun əsas vaxtı 0:0 bitib. Əlavə vaxtlarda da qalib müəyyən edilmədiyindən komandalar ümidlərini penaltilərə bağlayıblar.

Penaltilər seriyasında isə ispanlar üstün olub - 4:2.

Beləliklə, "Sevilya" klubu 8 ildən sonra yenidən Avroliqanın qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti