...

Güləşçilərimiz Gürcüstanda 4 bürünc medal qazanıblar

İdman Materials 4 İyun 2014 19:35 (UTC +04:00)
Gürcüstanın Mtsxeta şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Güləşçilərimiz Gürcüstanda 4 bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Gürcüstanın Mtsxeta şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 4 bürünc medal qazanıblar.

Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında 6 güləşçimiz turnirdə mübarizə aparıb, onlardan 4 nəfəri fəxri kürsüdə yer alıb. Bəxtiyar Muradov (54 kq), Murad Allahverdiyev, Rüstəm İsayev (hər ikisi 58 kq) və Sərxan Dadaşov (76 kq) bürünc medallara sahib olublar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edib. Olimpiya dərəcəli hakim Hicran Şərifov isə FILA nümayəndəsi kimi yarışın hazırlığına və keçirilməsinə nəzarət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti