...

Macar azarkeş: Azərbaycanda gimnastikanın inkişafı üçün mükəmməl imkanlar yaradılıb

İdman Materials 15 İyun 2014 15:15 (UTC +04:00)
"Azərbaycanda gimnastikanın inkişafı üçün mükəmməl imkanlar yaradılıb, Milli Gimnastika Arenası da bunun bariz nümunəsidir".
Macar azarkeş: Azərbaycanda gimnastikanın inkişafı üçün mükəmməl imkanlar yaradılıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycanda gimnastikanın inkişafı üçün mükəmməl imkanlar yaradılıb, Milli Gimnastika Arenası da bunun bariz nümunəsidir". Bu barədə Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatına tamaşa etmək üçün gələn macarıstanlı gimnastika həvəskarı Jozef Varay deyib.

O, qeyd edib ki, Azərbaycan gimnastları xoşbəxt idmançılardır ki, onlar üçün bu cür şərait yaradılıb: "Elə bu yarışmaya ev sahibliyi edən Milli Gimnastika Arenası çox mükəmməldir, hətta deyərdim ki, Avropada olan arenalardan da yüksək səviyyədə təşkil olunub".

Onun sözlərinə görə, bu cür şərait qarşısında Azərbaycan gimnastları yüksək nəticələrə nail olmalıdırlar.

Bakıda ilk dəfə olduğunu deyən J.Varay şəhəri gördüyündə təəccübləndiyini bildirib: "Bakının gözəlliyi mənim üçün bir sürpriz oldu. Açığını desəm, bu qədər gözəl bir şəhər olduğunu gözləmirdim".

J.Varay, həmçinin Azərbaycan xalqının çox qonaqpərvər olduğunu, milli mətbəximizin də ləziz olduğunu diqqətə çatdırıb: "Şəhərin maraqlı yerləri ilə tanış oldum, Azərbaycan milli xörəklərindən daddım və çox bəyəndim. Sizin gözəl və inkişaf edən bir ölkəniz var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti