...

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi yetirmələrindən razıdır (ƏLAVƏ OLUNUB)

İdman Materials 15 İyun 2014 18:55 (UTC +04:00)
"Yetirmələrim medal qazanmasaydılar belə, onlardan razı qalacaqdım".
Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi yetirmələrindən razıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 iyun /Trend/

"Yetirmələrim medal qazanmasaydılar belə, onlardan razı qalacaqdım". Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

O, qeyd edib ki, hər şey yaxşı başa çatanda hamı şad və xoşbəxt olur: "Əsas medal qazanmaq deyil, medalların qızları daha çox çalışmalarını stimullaşdırmasıdır. Əgər medal qazanmasaydılar, yenə də gimnastlarımın çıxışlarından razı qalardım. Çünki hər yeni turnirdən-turnirə onların nəticələri və səviyyələri göstərilən tapşırıqlarda yüksəlir. Bugünkü nəticə məni sevindirir və düşünürəm ki, bütün ölkə şadyanalıq edir".

Baş məşqçi əlavə edib ki, yuniorlardan və qrup komandasından çox razıdır: "Marina Durundanın çıxışını qeyd etmək istərdim. O, 6-cı yeri tutsa da, öz potensialını və yüksəlişini nümayiş etdirdi. Gənc Gülsüm Şəfizadənin çıxışını isə ayrıca vurğulamaq istəyirəm. O, iyirmincilər arasında ən gənc idmançıdır, cəmi 15 yaşı var. İspaniyadan olan iştirakçılar arasında isə, məsələn, 27 yaşlı idmançı var idi. Bu gimnastlar arasında hansı təcrübə fərqinin olduğunu təsəvvür etmək mümkündür. Lakin mən çox şadam ki, fonoqramdakı pozuntu səbəbindən lentlə tapşırığı iki dəfə yerinə yetirməyə məcbur olan Gülsüm azərbaycanlı xarakteri - sonadək mübarizə aparmaq və heç vaxt təslim olmamaq - göstərərək çox yaxşı çıxış etdi".

Onun sözlərinə görə, gimnastları bir həftəlik istirahət gözləyir, bundan sonra isə məşqlər bərpa olunacaq: "Biz İzmirdəki dünya çempionatına hazırlaşacağıq. 2015-ci ildə isə Avropa Oyunlarını qəbul edəcəyik və ən yaxşı nəticələrə ümid edərək ciddi şəkildə hazırlaşacağıq".

Məşqçi bildirib ki, hər gimnast üçün individual yanaşma istifadə olunur, hərəsinin öz xasiyyəti və öz hissləri var.

"Mən onları publika qarşısında işləməyə hazırlayıram. Hamı bu gözəl publika üçün işləməlidir- mən heç vaxt belə olna ikinci birisini görməmişəm. Mən şadam ki, bizi hər yerdə belə yaxşı qarşılayırlar, ancaq bizi evdəki bu dəfə qarşılama heç bir şey ilə müqayisə oluna bilməz. Ümüd edirəm ki, gözlənilən Avropa Olimpiya oyunlarında da belə olacaq", - Vasilyeva əlavə edib.

Çempionatdan sonra hər iki qrup tapşırıqları dəyişdiriləcək, Vasileva deyib.

"Onlardan biri üçün mən artıq musiqi seçmişəm - qəflətən, üç-dörd gün bundan öncə. Bu çox gözəl qeyri klassik azərbaycan musiqisi olacaq. Mən çalışıram ki, hamının xoşuna gələcək bir melodiya seçim, çünki bu ən aparıcı elementlərdən biridir. İncəlikləri başa düşməyən seyirci üçün musiqi xoşuna gəlməsə baxmaq maraqlı olmayacaq", - Vasileva bildirib.

Qeyd edək ki, Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.

Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər.

Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti