...

Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışların açılış mərasimi keçirilib (FOTO)

İdman Materials 6 Avqust 2014 15:25 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarışların açılış mərasimi keçirilib.
Bakıda idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə yarışların açılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Gimnastika Arenasında idman gimnastikası, akrobatika və tamblinq üzrə növbəti birgə yarışların açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə idmançıların paradı olub. Çempionatın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurlu çıxış edirlər və paytaxtımız bu idman növü üzrə mötəbər turnirlərə ev sahibliyi edib. İ.İsmaylov vurğulayıb ki, belə mötəbər yarışlardan biri - bədii gimnastika üzrə Avropa çempionatı cari ilin iyununda Bakıda təşkil olunub.

Qazanılan uğurlarda ölkənin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirən nazir müavini ölkəmizdə bu idman növünün həmişə inkişafda olduğunu bildirib.

Daha sonra Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

AGF-nin baş katibi Fərid Qayıbov isə jurnalistlərə bildirib ki, Bakı Gimnastika Məktəbini, Respublika Olimpiya İdman Liseyini, Nizami Rayon İdman Məktəbini və "Neftçi" Cəmiyyətini təmsil edən 80 idmançının qatıldığı turnirin ilk günündə yunior idman gimnastları, akrobatlar və tamblinqçilər yarışıblar.

Onun sözlərinə görə, Azərbaycan Gimnastika Federasiyası tərəfindən bu dəfə də birgə yarışlara beynəlxalq dərəcəli hakimlər - Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Arturs Mitskevitçs (Latviya), Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin üzvləri Mario Vukoya (Xorvatiya) və Dmitri Andreyev (Rusiya), həmçinin Gürcüstan Milli Gimnastika Federasiyasının vitse-prezidenti Besarion Qamsaxurdiya, Qazaxıstan Gimnastika Məktəbinin baş məşqçisi Aleksandr Kim və Belarus Milli Gimnastika Federasiyasının baş katibi Andrey Fedorov dəvət olunublar.

F.Qayıbov əlavə edib ki, bu yarış Milli Gimnastika Arenasında bu il keçirilən bədii gimnastika üzrə Azərbaycan və Avropa çempionatlarından sonra üçüncü yarışdır.

AGF-nin baş katibi vurğulayıb ki, budəfəki yarışda yeniliklər ondan ibarətdir ki, qadın idman gimnastikası üzrə də yarışlar keçirilir: "Bundan əlavə batut və aerobika üzrə nümunəvi çıxışlar olacaq. Bilirsiniz ki, gələn il Bakıda Avropa Oyunları keçiriləcək. Mart ayının əvvəlində isə Milli Gimnastika Arenasında bu oyunlara test yarışları keçiriləcək. Bugünkü yarış bir növ bu iki yarışa hazırlıq xarakteri daşıyır".

F.Qayıbov onu da vurğulayıb ki, Azərbaycan Avropa Oyunlarında 6 ginmastika növü üzrə təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti