...

Fariz Məmmədovun rəqibləri bəlli oldu

İdman Materials 13 Avqust 2014 16:16 (UTC +04:00)
Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub.
Fariz Məmmədovun rəqibləri bəlli oldu

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Oktyabrda start götürəcək APB (AİBA Professional Boxing) turnirində daha bir çəki dərəcəsində boksçuların adları məlum olub.

Trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, həmyerlimiz Fariz Məmmədovun da mübarizə aparacağı 69 kq çəki dərəcəsində 8 idmançı Olimpiya lisenziyası uğrunda güclərini sanayacaq.

Bu çəki dərəcəsinin əsas favoritlərindən biri London olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı rusiyalı Andrey Zamkovoydur.

34 yaşlı Fariz Məmmədov 69 kq çəki dərəcəsinin ən yaşlı idmançısıdır. Bu çəkidə ən gənc idmançı isə Almaniyanı təmsil edən milliyətcə erməni olan Arajik Marutyandır. Onun 19 yaşı var.

Andrey Zamkovoy (Rusiya) - 27 yaşı var. London olimpiadasının bürünc mükafatçısı, 2009-cu il (Milan) dünya çempionatının gümüş mükafatçısı.

Arajik Marutyan (Almaniya) - 19 yaşı var. 2013-cü il (Almatı) dünya çempionatının bürünc mükafatçısı, 2013-cü il Avropa çempionatının (Minsk) gümüş mükafatçısı.

Denis Lazarev (Ukrayna) - 24 yaşı var. 2007-ci il (Serbiya) yeniyetmələr arasında Avropa birinciliyinin qalibi.

Fariz Məmmədov (Azərbaycan) - 34 yaşı var. WBO Avropa kəmərinin sahibi.

Gyula Kate (Macarıstan) - 32 yaşı var. 2003-cü il (Banqkok) dünya çempionatının, 2009-cu il (Milan) dünya çempionatının bürünc mükafatçısı.

Markos Nader (Avstriya) - 24 yaşı var.

Onur Sipal (Türkiyə) - 25 yaşı var. 2008-ci il Pekin olimpiadasının iştirakçısı, 2013-cü il tələbələrin Universiadasının (Kazan) bürünc mükafatçısı.

Rayton Okviri (Keniya) - 28 yaşı var. 2011-ci il Afrika oyunlarının bürünc mükafatçısı.

Xatırladaq ki, oktyabrın 24-də APB-də ilk döyüşlər start götürəcək. İlk görüşlər hərəsi 3 dəqiqədən olmaqla 6 raund olacaq. 2015-ci ilin yanvarında təşkil olunacaq APB çempionunu müəyyənləşdirən qarşılaşmalar isə 8 raund olacaq. Sonda hər çəkidə 2 boksçu Rio De Janeyro olimpiadasına vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti