Azərbaycan, Bakı, 25 avqust /Trend/
UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" və "Neftçi"nin keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
Trend AFFA-ya istinadən məlumat verir ki, avqustun 28-i saat 22:30-da, Niderlandın Enşede şəhərində keçiriləcək "Tvente" - "Qarabağ" matçını italiyalı hakimlər - Paolo Silvio Mazzoleni, Lorenzo Manqanelli, Alessandro Petrella, Sebastiano Peruzzo idarə edəcəklər.
UEFA nümayəndəsi Eduard Prodani (Albaniya), hakim-inspektor isə Kostas Kapitanis (Kipr) olacaq.
Həmin gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Neftçi" - "Partizan" (Serbiya) oyununu isə Robert Şörqenhofer, Mattias Vinzauer, Roland Brandner, Dominik Ouşan idarə edəcəklər. Hakimlər briqadası Avstriyadandır.
UEFA nümayəndəsi Kris Bellon (Belçika), oyunun hakim-inspektoru isə Mişel Vautrot (Fransa) təyin olunub.