...

"Qarabağ"ın taleyi şotlandların əlində

İdman Materials 15 Sentyabr 2014 14:21 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 18-də keçiriləcək "Qarabağ" - "Sent-Etyen" matçının hakimləri müəyyənləşib.
"Qarabağ"ın taleyi şotlandların əlində

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

UEFA Avropa Liqasının qrup mərhələsində sentyabrın 18-də keçiriləcək "Qarabağ" - "Sent-Etyen" matçının hakimləri müəyyənləşib.

Trend-in AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma şotlandiyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Stiv Maklean olacaq. Ona Qavin Harris və Fransis Konnor köməklik edəcək. Alasdair Ross isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" matçı sentabrın 18-i, saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti