Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
"Barselona"nın argentinalı ulduzu Lionel Messi bəyan edib ki, Çempionlar Liqasının finalı Kataloniya klubu üçün borcdur. Bu barədə Trend "Qazeta.ru"-ya istinadən xəbər verir.
Messi bildirib: "Suaresin "Barselona"nı seçməsinə gəldikdə, bu, xüsusidir. Biz onunla daha güclü komanda olacağıq, hücumda oyunu daha çox variantlarda qurmaq fürsəti əldə edəcəyik. Yenidən qənimətlərldə etməyə başlamağımız lazımdır. Hədəflərimiz dəyişməzdir: titullar qazanmaq və yaxşı futbol nümayiş etdirmək. Ötən il biz yıxıldıq, halbuki bu, olmamalı idi. Çempionlar Liqasının finalına qayıtmağımız bizim üçün revanş deyil, borc olacaq. Biz yenidən oynamağa borcluyuq".