Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Bakıda keçirilən Qran-Pri turnirinin 4-cü turunda Teymur Rəcəbov Dmitriy Andreykinlə heç-heçə oynayıb.
Trend-in məlumatına görə, Rəcəbov nəticədən razı qaldığını deyib: "Ağların üstünlüyü var idi. Ona görə qara fiqurlarla heç-heçə oynamaqdan razı qaldım. Təhlükə var idi, ona görə vəziyyəti yaxşılaşdırmaq mümkün deyildi. Qaralarla rəqibi çaşdırmağa çalışdım. Amma rəqib səhvə yol vermədi. Klassik şahmatda ilk dəfə Andreykinə qarşı oynadım. Fikrimcə maraqlı partiya alındı. Ümumilikdə 4 turda 3 dəfə qaralarla oynamışam. Ona görə çıxışımı normal qiymətləndirirəm. Hələ qarşıda oyunlar var. İndidən sonluq barədə danışmaq istəmirəm."
Dmitriy Andreykin isə üstünlüyünün olduğunu etiraf edib: "Qaralar çox inamlı oynadı. Ağlar üstünlüyə malik olsa da vəziyyəti inkişaf etdirə bilmədik. Turnirdə 4 tur arxada qalıb. Çıxışımdan razı qalmamışam. Əlbəttə, gərək istirahət günü bir qədər düşünməliyəm. Oyuna fərqli hazırlaşmağa çalışacam. Ümumi nəticə barədə sonda düşünmək olar. Bu gün partiya heç-heçəyə yaxın olduğu üçün bu nəticəyə razılaşdıq."