...

Əfsanəvi futbolçular "qayıdır"

İdman Materials 7 Oktyabr 2014 15:30 (UTC +04:00)
Tarixdə ilk dəfə olaraq əfsanəvi futbolçular arasında dünya çempionatının keçirilməsi 2016-cı ilə planlaşdırılıb.
Əfsanəvi futbolçular "qayıdır"

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Tarixdə ilk dəfə olaraq əfsanəvi futbolçular arasında dünya çempionatının keçirilməsi 2016-cı ilə planlaşdırılıb. Bu barədə Trend İspaniya KİV-ə istinadən məlumat verir.

Turnirin layihəsi ötən gün Parisdə təqdim olunub. Yarışda 35-45 yaşlı futbolçulardan ibarət 16 komandanın iştirak edəcəyi nəzərdə tutulur.

Əfsanəvi futbolçuların çempionatı iki ildən bir müxtəlif ölkələrdə keçiriləcək.

Turnirin təşkilatçıları arasında "Barselona"nın sabiq futbolçusu Patrik Klyuvert və Qaiska Mendyeta da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti