...

Şəhriyar Məmmədyarovla Aleksandr Qrişuk heç-heçəni şərh etdilər

İdman Materials 7 Oktyabr 2014 18:23 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Qran-Prinin 5-ci turunda Şəhriyar Məmmədyarovla Aleksandr Qrişuk heç-heçə oynayıb.
Şəhriyar Məmmədyarovla Aleksandr Qrişuk heç-heçəni şərh etdilər

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Qran-Prinin 5-ci turunda Şəhriyar Məmmədyarovla Aleksandr Qrişuk heç-heçə oynayıb.

Trend-in məlumatına görə, partiyadan sonra Məmmədyarov oyunu haqda danışıb:

"İstirahət günü şahmatdan uzaq olmağa çalışdım. Bir qədər dincəlmək istəyirdim. İlk dəfə turnir zamanı oteldə nahar etdim. Oyun günləri səhər məşq etdiyim üçün yeməyə çatmırdım. Axşam isə nəticəyə görə əhvalım pis olurdu və nahara getmirdim. Fürsətdən istifadə edib istirahət günü dostumun toyuna getdim. Oyuna gəldikdə debütdən sonra üstünlüyüm olmadı. Əksinə rəqib müəyyən mənada üstünlük qazandı. Hər ikimizə tanış oyun təkrarlanırdı. Oyun heç-heçəyə gedirdi və buna görə nəticə oyuna görə oldu. Növbəti turlarda nəticəyə oynamalıyam. Lazım olanda risk etməliyəm. Artıq mənim üçün itiriləsi heç nə yoxdur. Sözsüz, qarşıda 6 tur var və turnirdəki mövqeyimi dəyişməyə imkanım olacaq."

Aleksandr Qrişuk da nəticədən razı qaldığını bildirib: "Oyunun heç-heçəyə getdiyi məlum idi. Hiss olunurdu ki, heç-heçə olacaq. Təhlil olunan və hazırlığa əsasən gedişlər edirdim. Xoşagəlməz hallar oldu. Üstünlüyüm olsa da, istifadə edə bilmədim. Şəhriyar partiyanı heç-heçəyə daşıdı. Bu mənada nəticə hər ikimizi razı saldı. Hər halda üstünlükdən istifadə edə bilmədim. İstirahət günü otağımda dincəldim. Yatdım və turnir haqda fikirləşdim. Növbəti tura daha yaxşı hazırlaşacam."

Xəbər lenti

Xəbər lenti