...

"Formula 1 Group"un baş icraçı direktoru "V1 Challenge Azerbaijan" yarışına hazırlıqla tanış olub (FOTO)

İdman Materials 8 Oktyabr 2014 18:51 (UTC +04:00)
“Formula 1 Group”un baş icraçı direktoru Berni Ekklestoun və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakı Kristal Zalında oktyabrın 11-də keçiriləcək “V1 Challenge Azerbaijan” yarışına hazırlıq işləri ilə tanış olub.
"Formula 1 Group"un baş icraçı direktoru "V1 Challenge Azerbaijan" yarışına hazırlıqla tanış olub (FOTO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

"Formula 1 Group"un baş icraçı direktoru Berni Ekklestoun və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Bakı Kristal Zalında oktyabrın 11-də keçiriləcək "V1 Challenge Azerbaijan" yarışına hazırlıq işləri ilə tanış olub.

Azərbaycan Avtomobil Federasiyasından Trend-ə verilən məlumata görə, B.Ekklestouna yarış maşınlarından bəzilərinin iştirakı ilə müxtəlif manevr və tryuklarla şou da təqdim edilib.

Qeyd edək ki, "V1 Challenge" yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilir. Yarışda 12 ölkədən 14 pilot birincilik uğrunda mübarizə aparacaq.

Yarış zamanı bir sıra digər idman avtomobillərinin şousu, eyni zamanda, məşhur "Voca People" qrupunun konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, yarışın dəvətnamələrini Heydər Əliyev Mərkəzinin kassasından pulsuz əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti