...

"Bakı 2015" Avropa Oyunları Milli Federasiyalar Forumunu keçirib

İdman Materials 7 Noyabr 2014 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

"Bakı 2015" Avropa Oyunları gələn ilin yayında keçiriləcək tarixi idman yarışlarında idmançılarının yarışacağı Azərbaycan idman federasiyalarının nümayəndələrini qəbul edib.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, I Avropa Oyunlarının proqramına daxil edilmiş 20 idmandan 19-na aid milli federasiyanın 50-dən çox üzvü Bakı 2015-in baş ofisində keçirilmiş Milli Federasiyalar Forumunda iştirak edib.

Federasiya üzvlərinə Bakı 2015-in bir sıra şöbələri, o cümlədən, Akkreditasiya, Mətbuat əməliyyatları, Nəqliyyat və İşçi qüvvəsi şöbələri tərəfindən Oyunlarla bağlı aparılan hazırlıq işləri və Oyunlar zamanı yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barədə ən son məlumatlar verilib.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bu cür tədbirlər Avropa Oyunları ilə əlaqədar gördükləri hazırlıq işlərinə yardım etmək üçün milli federasiyalarla məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir. "Bakı 2015" azərbaycanlı idmançılara tarixə yazılmaq və öz vətənlərində I Avropa Oyunları çempionu olmaq imkanını təklif edir. Əminəm ki, öz vətənində və pərəstişkarlıq edən minlərlə azarkeş qarşısında keçirilən Oyunlarda yarışmaq bütün azərbaycanlı idmançılar üçün xüsusi an olacaq. Oyunlarla əlaqədar geri sayıma davam edirik və mən Oyunlarla bağlı hazırlıqlarda onlara uğurlar arzulayıram".

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`Kallahan deyib: "Bugünkü tədbirdə milli idman federasiyalarından bu qədər çox nümayəndənin iştirak etməsindən və gələn il keçiriləcək tarixi yarışlarla əlaqədar gördüyümüz hazırlıq işləri ilə bağlı əldə olunmuş irəliləyişlərə dair son məlumatları almalarından çox məmnunam. Avropanın ən yaxşı idmançılarını iştirak üçün cəlb edəcək Avropa Oyunları Bakıda keçiriləcək fantastik idman bayramı olacaq və biz bütün Azərbaycanın və Avropanın qürur duyacağı yarışları keçirmək üçün çalışırıq".

Qeyd edək ki, Bakı şəhəri gələn ilin 12-28 iyun tarixlərində birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya komitələrindən 6 mindən çox idmançı iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti