...

İki futbolçumuz İspaniya klubunda

İdman Materials 12 Yanvar 2015 15:12 (UTC +04:00)
Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniya klubuna transfer olunub.
İki futbolçumuz İspaniya klubunda

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniya klubuna transfer olunub.

Trend AFFA-ya istinadən məlumat verir ki, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın "Deportivo Kanillas" klubuna keçib.

Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti