...

AZAL-dan dörd rəsmi transfer

İdman Materials 20 Yanvar 2015 11:36 (UTC +04:00)
AZAL klubu heyətinə yeni futbolçular cəlb edib.
AZAL-dan dörd rəsmi transfer

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Mövsümün ikinci yarısına hazırlaşan AZAL klubu heyətinə yeni futbolçular cəlb edib.

Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, AZAL 4 futbolçunun keçidini rəsmiləşdirib. Bunlar son klubu "Araz Naxçıvan" olmuş Azər Məmmədov və Ruslan Nəsirli, son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş Aleksandr Şemonayev və ukraynalı legioner Valeri Kutsenkodur.

Bütün futbolçularla 1,5 illik müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti