...

Bakı 2015 Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin etdi

İdman Materials 19 Fevral 2015 16:20 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları bu gün Kolin Gibsonu vəzifə öhdəliklərinin dərhal icrasına başlaması məqsədilə Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib.
Bakı 2015 Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin etdi

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bakı 2015 Avropa Oyunları bu gün Kolin Gibsonu vəzifə öhdəliklərinin dərhal icrasına başlaması məqsədilə Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib.

Trend-in məlumatına görə, K.Gibsonun təyinatı ilk Avropa Oyunlarının yaxınlaşması ilə Bakı 2015-in kommunikasiya fəaliyyətlərini intensivləşdirməsindən irəli gəlir. Bakı 2015-in mətbuatı məlumatlandırma işləri, sponsor və televiziya yayım tərəfdaşlarının elan edilməsi və beynəlxalq idman elçiləri proqramı kimi ictimai iştirak təşəbbüsləri KİV-in geniş marağına səbəb olub.

Oyunların başlamasına 100 gün qalması, biletlərin satışının başlaması və açılış mərasimindən öncəki Bakı 2015 Oyunlarının Məşəl Estafeti də daxil olmaqla qarşıdan gələn bir neçə təşəbbüsün daha böyük maraq doğurması gözlənilir.

Bu yaxınlarda Media və kommunikasiya şöbəsi üzrə direktor vəzifəsini tutduğu İngiltərə və Uels Kriket Təşkilatından (EVB) ayrılan K.Gibsonun peşəkar karyerasına, həmçinin Dubaydakı Beynəlxalq Kriket Şurasında (ICC), o cümlədən London Futbol Assosiasiyasında (FA) Kommunikasiya şöbəsinin direktoru vəzifələri daxildir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Kolinin Bakı 2015 komandasına qoşulmağa razılıq verməsi məni çox sevindirdi. Onun kimi təcrübəli və qabiliyyətli birinin ilk Avropa Oyunlarının keçirilməsinə çox az müddətin qaldığı kritik bir zamanda kommunikasiya komandamıza yardım etməsi əvəzolunmazdır".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Luis-Mari deyib: "Avropa Oyunlarına marağın davamlı artmasının şahidi oluruq və Bakı 2015-in media kanallarını cəlb etməsi qarşıdakı aylarda daha da artacaq. Kolinin töhfələri bu müddət üçün, xüsusilə də Oyunlar zamanı böyük əhəmiyyət kəsb edəcək. Onun beynəlxalq idman mətbuatı sahəsindəki bilik və təcrübələri olduqca dəyərlidir və irimiqyaslı idman yarışlarında kommunikasiyaların idarə edilməsi sahəsində yüksək nailiyyətlər əldə edib".

EVB, ICC və FA kimi təşkilatlarda çalışmazdan əvvəl K.Gibson jurnalist kimi fəaliyyət göstərib və Londonun "The Daily Telegraph", "Sunday Telegraph" və "The Daily Mail", o cümlədən Sidneyin "The Australian" qəzetləri üçün məqalələr yazıb.

K.Gibson deyib: "Mənə Bakı kimi dinamik bir şəhərdə ilk Avropa Oyunları üçün işləmək imkanı verildiyi üçün çox sevincliyəm. Bu Oyunların başlaması Avropanın idman tarixində yeni bir səhifə açacaq və bu cür maraqlı macəranın başlanğıcında iştirak etmək mənim üçün olduqca həyəcanvericidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti