...

U-23 AÇ-2015: Eldəniz Əzizli bürünc medal qazandı (FOTO)

İdman Materials 28 Mart 2015 23:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Trend-in məlumatına görə, çempionatın beşinci günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

59 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Eldəniz Əzizli U-23 Avropa çempionatının bürünc medalına sahib olub.

59 kq
1/8 final - Eldəniz Əzizli - Beliak Yahor (BLR) 8:0
1/4 final - Knipli Csongor (HUN) - Eldəniz Əzizli 0:9
1/2 final - Eldəniz Əzizli - Viktor Ciobanu (MDA) 2:6
Bürünc medal görüşü - Tamaş Nadj (SRB) - Eldəniz Əzizli 1:6

71 kq
1/16 final - Mixal Kosla (POL) - Ceyhun Əliyev 4:7
1/8 final - Ceyhun Əliyev - Aleksey Kiyankin (RUS) 0:4

80 kq
1/8 final - Julius Matuzeviçius (LTU) - Tural Daşdəmirov 3:2

98 kq
1/4 final - Orxan Nuriyev - Peter Ohler (GER) 3:3*

Xatırladaq ki, çempionatın ilk dörd günündə yığmamız ümumilikdə 7 medal qazanıb. 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc medal (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik (55 kq)) və 2 bürünc medal (Solmaz Həşimzadə (53 kq) və Elmira Qəmbərova (63 kq)) qadın güləşçilərin payına düşüb.

Xəbər lenti

Xəbər lenti