Azərbaycan, Bakı, 2 aprel /Trend/
Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turuna yekun vurulub.
Trend-in məlumatına görə, son oyun günündə "Qarabağ" "İnter"i qəbul edib.
Gərgin keçən oyunda qapılar toxunulmaz qalıb - 0:0.
Beləliklə, "Qarabağ" 24 oyundan 53 xalla 1-ci, "İnter isə 24 oyundan 44 xalla 2-ci yerdədir. 42 xallı "Neftçi" 3-cüdür.
Turun ötən gün keçirilmiş digər oyunları:
"Xəzər Lənkəran" - "Sumqayıt" - 3:2
"Neftçi" - "Bakı" - 2:0
"Simurq" - AZAL - 1:0