Azərbaycan, Bakı, 22 aprel /Trend/
Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2015 turnirində istirahət günüdür.
Trend-in məlumatına görə, Synergy Group-un təşkilatçılığıyla baş tutan turnirin iştirakçıları istirahət günündə Şəmkir şahmat məktəbində olub.
Məşhur qrossmeysterlər uşaqlara seans keçib, sonra onlarla xatirə şəkli çəkdirib.