...

“Azərsun Holdinq”in futbol üzrə daxili çempionatının qalibi məlum oldu (FOTO)

İdman Materials 6 İyun 2015 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend/

"Qarabağ"ın himayədarı olan "Azərsun Holdinq"in daxili çempionatının qalibi məlum olub.

Hər zaman əməkdaşlarının sosial rifah halının yüksək olmasına və asudə vaxtının səmərəli keçirməsinə xüsusi diqqətlə yanaşan "Azərsun Holdinq" növbəti dəfə ənənəsinə sadiq qalıb.

Holdinqdən Trend-ə verilən məlumata görə, Şirkətlər Qrupuna daxil olan müəssisələrin əməkdaşları arasında təşkil edilmiş futbol çempionatında final görüşü baş tutub. "Xəzər" Mühafizə Xidməti ilə Xırdalan Logistika Departamenti arasında keçirilmiş final matçında birincilər 4-2 hesabı ilə qalıb gələrək "Azərsun" Kubokunu başları üzərinə qaldırıblar. Üçüncü yer uğrunda görüşdə isə AKKİK "Bazarstore"dan üstün olub.

Təltifetmə mərasimində çıxış edən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozal idmanın insan sağlamlığı üçün əvəzedilməz olduğunu və şirkətin öz əməkdaşları üçün müxtəlif layihələr reallaşdırdığını bildirib. "Azərsun"luların asudə vaxtını səmərəli keçirməsi üçün müasir tələblərə cavab verən idman bazası və istirahər kompleksi inşa edilərək onların istifadəsinə verilib.

Qeyd edək ki, artıq ənənəvi olaraq hər il təşkil edilən "Azərsun Holdinq" futbol birinciliyində qaliblərə şirkət tərəfindən dəyərli hədiyyələr də təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti