Azərbaycan, Bakı, 24 iyun /Trend/
FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar. Bu barədə Trend AFFA-nın saytına istinadən məlumat verir.
İyulun 9-da "Beroe Stara Zagora" (Bolqarıstan) - "Atlantas" (Litva) oyununu Orxan Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev və Ramil Əhmədov idarə edəcəklər.
Rəhim Həsənov, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev isə "Dudelange" (Lüksemburq) - "University College Dublin" (İrlandiya) oyununa təyinat alıblar.