Azərbaycan, Bakı, 17 iyul /Trend/
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanın "Qəbələ" klubu səfərdə Serbiyanın "Çukariçki" komandası ilə qarşılaşıb.
Oyunda hesabı serblər açıblar - 53-cü dəqiqədə Stoyilkoviç penalti zərbəsini dəqiq yerinə yetirib.
Matçda başqa qol qeydə alınmayıb - 1:0.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.