Azərbaycan, Bakı, 31 iyul /Trend/
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, təmsilçimiz "İnter" səfərdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşıb.
Hesabı meydan sahibləri açıblar - 12-ci dəqiqədə Eraso fərqlənib. 49-cu dəqiqədə Eraso dubla imza atıb.
Oyunda başqa qol olmayıb - 2:0.
Beləliklə, "İnter" çətin səfər oyununda məğlub olub, lakin rəqibin güclü olduğu nəzərə alınsa, bu nəticə heç də pis sayılmamalıdır.
Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.