Azərbaycan, Bakı, 28 avqust /Trend/
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ"ın oyunlarının təqvimi müəyyənləşib.
Trend-in məlumatına görə, J qrupunda yarışacaq Ağdam təmsilçisi ilk matçını sentyabrın 17-də "Monako"ya qarşı keçirəcək.
Qurban Qurbanovun komandası həmin gün Fransada "Monako"nun qonağı olacaq.
"Qarabağ"ın qrupdakı son görüşünü dekabrın 10-da səfərdə keçirəcək. Həmin gün son Azərbaycan çempionu "Tottenhem"lə qarşılaşacaq.
17 sentyabr
"Monako" - "Qarabağ"
1 oktyabr
"Qarabağ" - "Tottenhem"
22 oktyabr
"Anderlext" - "Qarabağ"
5 noyabr
"Qarabağ" - "Anderlext"
26 noyabr
"Qarabağ" - "Monako"
10 dekabr
"Tottenhem" - "Qarabağ"