...

Ronaldo mum fiquru üçün 20 min funt sterlinq ödədi (FOTO)

İdman Materials 31 Avqust 2015 10:48 (UTC +04:00)
Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo Britaniya heykəltəraşı Maykl Ueyddən özünün mum fiqurunu sifariş edib.
Ronaldo mum fiquru üçün 20 min funt sterlinq ödədi (FOTO)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Madridin "Real" klubu və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo Britaniya heykəltəraşı Maykl Ueyddən özünün mum fiqurunu sifariş edib. Bunun üçün futbolçu 20 min funt sterlinq (30 min dollar) ödəyib. Trend bu barədə "Daily Mail"-ə istinadən məlumat verir.

K.Ronaldo Madrid muzeyində artıq 2 ildir nümayiş olunan fiqurunun oxşarını düzəltdirir. Portuqaliyalı İspaniyadakı evlərindən birini bu heykəllə bəzəmək istədiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti