...

Çinli şahmatçı: "Sonradan gərgin vəziyyət yarandı"

İdman Materials 11 Sentyabr 2015 18:55 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda birinci tur çərçivəsində ilk mətbuat konfransı baş tutub.
Çinli şahmatçı: "Sonradan gərgin vəziyyət yarandı"

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda birinci tur çərçivəsində ilk mətbuat konfransı baş tutub.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mətbuat önünə qara fiqurlarla braziliyalı Rafael Leitao ilə heç-heçəyə razılaşan çinli şahmatçı Hou Yifan çıxıb. Xanım idmançı Dünya Kubokundakı debüt matçını belə şərh edib: "Əslində bugünkü rəqibimin oyununu uzun illərdir təhlil edirəm. Amma bu günə qədər onunla qarşılaşmamışdım. Debütdə hər şey sakit idi. Sonradan gərgin vəziyyət yarandı. Maraqlı gedişatlar oldu. Rəqib üstünlüyə yiyələnməyə çalışırdı. O bunu bacarsaydı, mənim üçün asan olmayacaqdı. Sonda hər şey normal bitdi".

H.Yifan qeyd edib ki, bu onun ölkəmizə ilk səfəri deyil: "Bakıda olmamışam. Amma Naxçıvanda keçirilən şahmat turnirinə qatılmışdım. Burada olduğum müddətdə Bakını gəzdik. Çox gözəl şəhərdir. Üstəlik, insanlar da qonaqpərvərliyi ilə seçilir".

Çinli idmançı turnirlə bağlı bunları deyib: "Bu yarış çox əhəmiyyətlidir. Qaldığımız hotelin, eləcə də yarışın keçirildiyi zalın şəraiti çox yaxşıdır. Turnir iştirakçılarının sayı çox olsa da, sıxlıq yoxdur. Oyunçular rahat şəkildə hərəkət edə bilirlər. Bu da oyunlara köklənmə baxımından müsbət məqamdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti