Azərbaycan, Bakı, 22 sentyabr /Trend/
Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin son günüdür.
Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda tay-brek görüşləri keçirilir.
Qeyd edək ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Fabiano Karuana üzərində qələbə qazanmaqla növbəti mərhələyə adlayıb. Onun rəqibi Dmitri Andreykin-Sergey Karyakin duelinin qalibi olacaq.
Dünya Kubokuna oktyabrın 5-də yekun vurulacaq.